Bakıda oğru iş başında tutulub

Bakıda oğru iş başında tutulub
  07 Aprel 2018    Oxunub:2051
Aprelin 6-da saat 3 radələrində Yasamal Rayon Mühafizə İdarəsinə ərazidəki qorunan marketlərin birindən həyəcan siqnalı daxil olub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, dərhal 2-ci Alatava yaşayış sahəsindəki həmin ünvana gələn İdarənin əməkdaşları oradan oğurluğa cəhd edən şəxsi cinayət başında yaxalayaraq 29-cu Polis Şöbəsinə təhvil veriblər.

Şöbədə aparılan araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Zeynalov olduğu müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti