Metroda cibgirlik edən şəxlər tutulub

Metroda cibgirlik edən şəxlər tutulub
  07 Aprel 2018    Oxunub:1535
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan, vətəndaşların pulunu, mobil telefonunu, onlara məxsus əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində xətt avtobuslarında ayrı-ayrı vaxtlarda Baki şəhər sakini olan 4 nəfərin ciblərindən pul, sənəd və mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Nadir Mirzəyev saxlanılıb.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə metronun “Nizami” stansiyasının platformasında Şəmkir rayon sakini T.Hüseynovanın cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Şəmsiyev saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN   Metro  





Xəbər lenti