Gömrükdən “beşbarmaq” keçirmək istədi

Gömrükdən “beşbarmaq” keçirmək istədi
  07 Aprel 2018    Oxunub:3951
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla soyuq silahın gətirilməsi cəhdinin qarşısını alıblar.
AzVision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq yoxlama aparılıb. Malların yoxlanılması zamanı, vətəndaşın çantasının içərisində gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   Beşbarmaq  





Xəbər lenti