Beyləqanda qadın tamah məqsədilə öldürülüb

Beyləqanda qadın tamah məqsədilə öldürülüb
  06 Aprel 2018    Oxunub:1228
Aprelin 3-də Beyləqan şəhərində yaşayan Ramilə Əsədovanın üzərində zorakılıq əlamətləri olan meyidinin yaşadığı mənzildə tapılması barədə daxil olmuş məlumatla əlaqədar Beyləqan Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçlirilib.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Beyləqan şəhər sakini Rövşən Nəsirov tutulub. Faktla bağlı cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: DİN   Qətl  





Xəbər lenti