Avtomobil təmiri sexində yanğın olub

Avtomobil təmiri sexində yanğın olub
  05 Aprel 2018    Oxunub:1256
Sumqayıt şəhərində ümumi sahəsi 1700 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 100 m² sahədə, sexin içərisində olan 3 ədəd minik avtomobilinin yanar hissələri qismən yanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, sexin qalan hissəsi və digər 3 minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti