FHN köməksiz qalan azyaşlını xilas edib

FHN köməksiz qalan azyaşlını xilas edib
  05 Aprel 2018    Oxunub:1087
Mingəçevirdə köməksiz vəziyyətdə qalan 1 azyaşlı xilas edilib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Azyaşlı  





Xəbər lenti