Göygöldə 4 otaqlı ev yanıb

Göygöldə 4 otaqlı ev yanıb
  05 Aprel 2018    Oxunub:974
Göygöl rayonunda yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Göygöl rayonun Zurnabad kəndində ümumi sahəsi 100 m2 olan kürsülü birmərtəbəli 4 otaqlı evin dəhlizinin tavanı 5 m2 və qamışdan ibarət çardağı 2 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Göygöl  





Xəbər lenti