Məmmədovlardan hədə-qorxu ilə pul tələb etdilər

Məmmədovlardan hədə-qorxu ilə pul tələb etdilər
  04 Aprel 2018    Oxunub:1493
Hədə-qorxu gələrək pul tələb etməkdə şübhəli bilinən Bərdə rayon sakini Nursani Hüsiyev və Ağdam rayon sakini Elnur Quliyev saxlanılıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, saxlanılanlar Bərdə RPŞ-nin əməkdaşları tərəfindən aprelin 2-də Fərhad Məmmədova və qardaşı Ədalətə hədə-qorxu gəlib 9000 manat tələb etməkdə şübhəli bilinir.

Şəxsi axtarış zamanı əvvəllər məhkum olunmuş N.Hüsiyevdən 6,32 qram heroin və 3,18 qram marixuana, E.Quliyevdən 5,98 qram heroin götürülüb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti