Qazaxda avtobus qəzası: Ölən və xeyli yaralı var

Qazaxda avtobus qəzası: Ölən və xeyli yaralı var
  04 Aprel 2018    Oxunub:1956
Fövqəladə Hallar Nazirliyi (FH) Qazaxda ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

AzVision.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində "Mercedes" markalı sərnişin avtobusu və "Mercedes" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Minik avtomobilin sürücüsü, 1950-ci il təvəllüdlü Orucov Ziyalı Zahid oğlunun meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtobusun sürücüsü və 12 nəfər sərnişin müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya aparılıb. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Qəza   Qazax  





Xəbər lenti