Sumqayıtda evdən kişi meyiti tapılıb

Sumqayıtda evdən kişi meyiti tapılıb
  04 Mart 2018    Oxunub:1404
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1942-cı il təvəllüdlü İbrahimov Ənvər Səlim oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Sumqayıt   Meyit  





Xəbər lenti