Bakıda əməliyyat: Polislərə müqavimət göstərildi

Bakıda əməliyyat: Polislərə müqavimət göstərildi
  03 Mart 2018    Oxunub:2099
Polis əməkdaşlarına müqavimət göstərən şəxs saxlanılıb.
AzVision.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xətai RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Pərviz Həzilinin idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılarkən o, idarə etdiyi avtomobillə polis əməkdaşlarının istifadəsində olan iki avtomobilin qabaq hissələrini əzib, habelə bıçaqla onlara müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Həzili polis əməkdaşları tərəfindən saxlanılıb, ondan 1 ədəd tapança, idarə etdiyi avtomobildən isə 3 ədəd bıçaq və 2,501 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN   Polis  





Xəbər lenti