Hava şəraiti pisləşəcək, qar yağacaq - Xəbərdarlıq

Hava şəraiti pisləşəcək, qar yağacaq - Xəbərdarlıq
  03 Mart 2018    Oxunub:11912
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 5-i gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Azərbaycanın bəzi rayonlarında martın 5-i axşamdan martın 7-si səhərədək arabir yağış, dağlıq rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

AzVision.az


Teqlər: Hava   Xəbərdarlıq   Qar  





Xəbər lenti