Axtarışda olan keçmiş məhkum tutuldu

Axtarışda olan keçmiş məhkum tutuldu
  24 Fevral 2018    Oxunub:1218
Oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini Samir Salmanov saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 12-də S.Amanovaya məxsus yardımçı təsərrüfatlardan birindən oğurluğa cəhd göstərən, habelə ona məxsus anbardan məişət əşyaları oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunan Samir Salmanov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti