Canıyev azadlığa necə çıxdı? - Qatil erməni imiş (İlginc faktlar)

Canıyev azadlığa necə çıxdı? - Qatil erməni imiş (İlginc faktlar)
  23 Fevral 2018    Oxunub:45004
Türkiyə polisi ötən ilin dekabrın 22-də İstanbulda öldürülən Dato Pankiski ləqəbi ilə tanınan kriminal avtoritet David Alxanaşvilinin qatilinin izinə düşüb.

AzVision.az “Praym Kraym”-a istinadən xəbər verir ki, bu cinayətin icraçıları Ermənistan vətəndaşları olub.
Alxanaşvilinin qətlinin təşkilatçısı kimi Şakro Molodoyun əmisi oğlu, “vor zakon” Dato Ozmanovun sifarişi əsasında kriminal aləmdə “Zap Leninakanski” kimi tanınan avtoritet Andranik Soqoyanın adı çəkilir.

Alxanaşvilinin milliyətcə çeçen olması nəzərə alınaraq onun ölümündə eyni zamanda çeçenlərlə problemi olan azərbaycanlı kriminal avtoritet, "Lotu Quli" ləqəbli Nadir Səlifovun adı hallanır.

Lakin Qulinin Ozmonovdan fərqli olaraq Alxanaşvilini öldürməyə motivi olmayıb. Həmçinin beynəlxalq axtarışa verilsə də, özünü İstanbulda təhlükəsizlikdə hiss edən Quliyə bu qətli törətmək sərf etməzdi.

Qulinin ona sui-qəsd cəhdində ittiham olunan Rövşən Lənkəranskinin qardaşı, gömrük idarəsinin sabiq polkovniki Namiq Canıyev və kriminal avtoritet Hacı Beyləqanskinin əleyhinə ifadə vermədiyi və bu səbəbdən onların azadlığa buraxıldığı iddia edilir. Canıyev və adamları Qulinin qaldığı evi almaq istədiklərini söyləyərək, cinayətdən yaxa qurtarmağa çalışıblar.

Gözlənildiyi kimi, Canıyevin azad olunması ilə Qulinin aradan qaldırılması səyləri daha da artıb. Mənbənin sözlərinə görə, ötən həftə Ozmanovun köməyi ilə Zapla Rövşənin əmisi oğlu Zaur Əhmədov arasında görüş keçirilib.

Qeyd edək ki, Rövşənin ölümündən sonra Zaur Lənkəranskinin biznesinin varisi olub və Qulidən intiqam almaq qərarına gəlib. İstisna olunmur ki, Pankiskinin qətlə yetirilməsi Zapaya Qulini öldürmək sifarişi almağa imkan verəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Lənkəranski   Canıyev  





Xəbər lenti