Qubada istirahət mərkəzində yanğın olub

Qubada istirahət mərkəzində yanğın olub
  01 Fevral 2018    Oxunub:1650
Qubada yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonu, Qələdüz kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 80 m2 olan taxta kotec yanıb.

Yaxınlıqdakı koteclər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Quba  





Xəbər lenti