`Google`un ad günüdür

`Google`un ad günüdür
  27 Sentyabr 2013    Oxunub:1122
Şirkət axtarış saytında öz ad günü ilə bağlı `dudl` yayımlayıb
Bu gün “Google” şirkətinin yaranmasından 15 il ötür. Şirkət axtarış saytında öz ad günü ilə bağlı “dudl” yayımlayıb. Təsvirdə oyun oynamaqla istifadəçilər Googleun ad günü təbrik edə bilərlər.

Qeyd edək ki, “Google” öz tarixinə 1996-cı ildən başlasada sayt 1998-ci ildə fəaliyyətə keçib. Həmin dövrdə Kaliforniyadakı Stenford Universitetinin doktorantura pilləsində təhsil alan tələbələr Larry Page və Sergey Brin tərəfindən tədqiqat lahiyəsi çərçivəsində bu sayt hazırlanıb.

Ənənəvi axtarış sistemləri axtarılan sözlərin hansı saytda neçə dəfə işlədilməsini əsas götürürdüsə, yeni saytda axtarılan saytlar arasındakı əlaqəni analiz edirdi. Larry Page və Sergey Brin başlanğıcda sürətli işləməsi olaraq BackRub adlı bir axtarma sistemi üzərində çalışmağa başlayıblar.

Məqsədləri iri bir məlumat yığını olan interneti bölümləmək və axtarılanları daha asan tapılan bir hala gətirmək olub. Bunun üçün yeni bir texnologiya yaradıblar. Bu texnologiya, interneti klassik sistemlərə görə daha fərqli bir şəkildə tədqiq edirdi. Nəticədə qısa zamanda adları tanınmağa başladı.

AzVision.az


Teqlər:  





Xəbər lenti