Millət vəkili: “Kişiliyin nə olduğunu onlara sübut edərik”

Millət vəkili: “Kişiliyin nə olduğunu onlara sübut edərik”
  04 Mart 2013    Oxunub:1546
“Ləyaqətli kişi özünü qadın paltarında təqdim etməyə meylli olmamalıdır”
“Kişilər qadın paltarı geyinib üzdəniraqlıqla məşğul olurlarsa və biz buna qarşı çıxırıqsa, bizə biyə irad bildirməlidirlər? Hər kəs özünün şəxsiyyətini qorumalıdır. Bilməlidirlər ki, Azərbaycanda bu şəkildə təbliğat aparmaq olmaz. Biz buna münasibət bildirmişik”.

Bunu AzVision.az-a açıqlamasında “Bu şəhərdə” konsertində millət vəkilinin iradlarına təhqirlə cavab verən aktyorlara münasibət bildirən Fazil Mustafa söyləyib. Millət vəkili hesab edir ki, ləyaqətini qoruyan heç bir kişi özünü qadın paltarında təqdim etməyə meylli olmamalıdır: “Məsələnin kökü budur. Ona görə də, kimsə bizə irad bildirmək yerinə, özünü islah etsə, daha yaxşı olar. Konkret hər hansı bir irad varsa, biz o irada cavab verməyə hazırıq. Kişiliyin nə olduğunu da onlara sübut eləyə bilərik”.

Qeyd edək ki, gülüş ustaları Rafael İsgəndərovla Coşqun Rəhimovun artıq üç gündür davam edən “Ər işdə” adlı konsertlərində ünvanlarına səslənən ittihamlara sərt reaksiya veriblər. Belə ki, bu yaxınlarda millət vəkili Fazil Mustafa tərəfindən qadın paltarı geyindiklərinə görə tənqid olunan aktyorlar tənqid olunublar. Qafqazinfo-nun verdiyi xəbərə görə, Rafaellə Coşqun səhnəciklərində bu məqamlara etiraz ediblər: “Deyirlər Rafaellə Coşqun arvad paltarı geyinir. Onlar üç saat arvad paltarı geyinib kişi kimi yaşayırlar, bütün ömrü boyu kişi paltarı geyinib matışkalıq eləmirlər”.

Sevinc Fədai


Teqlər:  





Xəbər lenti