İnterpol qırmızı xəbərdarlıq etdi

İnterpol qırmızı xəbərdarlıq etdi
  27 Sentyabr 2013    Oxunub:1066
İnterpol bütün dünya polislərindən Londonlu dul qadının tapılıb tutlması haqda xahiş etdi. Ağ-dul ləqəbi ilə məşhur təcavüzkar qadını, Keniyada baş verənlərdə şübhəlilər sırasındadı və partladıcı maddələr saxlaması ilə ittiham olunur.
AzVision.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, qırmızı xəbərdarlıq Fransanın Lion şəhərindən verilib. Samanta Leutvayt adlı ağ-dul ləqəbi ilə məşhur qadın britaniya vətəndaşı olmasına baxmayaraq Natali Vebb adı ilə saxta Cənubi Afrika pasportu ilə ölkədən keçib. İndi onun harda olması barədə heç bir məlumat yoxdur. Samanta Leutvayt Keniyada baş verən terror aktı zamanı partladıcı maddələrin saxlanılmasında günhlandırılır və daha sonra bu tip əməlləri etməsi istisna olunmur. Qadının axtarışda ola-ola Avropada qeydə alınması Avropa polisini qırmızı xəbərdarlıq verməyə sövq edib.

Qeyd edək ki, İngilis əsgər ailəsində böyüyən Samantanın Yamaykada evləndiyi və ona İslamı qəbul etdirən Jermen Lindsey 2005-ci il iyunun 7-də London terraktlarında iştrak edən 4-nəfərdən biri olub.

İnterpolun Baş katibi Ronald Noubl bildirib ki, Qırmızı Xəbərdarlıq təşkilatın üzvü olan bütün 190 ölkədə bu qadının necə təhlükəli olduğunun qəbul edilməsi üçün verilib.


Teqlər:





Xəbər lenti