Rüşvətə görə ömürlük həbs

Rüşvətə görə ömürlük həbs
  27 Sentyabr 2013    Oxunub:1084
Çin siyasətçisi Bo Silai rüşvət aldığına görə ömürlük həbs cəzasına məhkum olundu.
AzVision.az İTAR -TASS agentliyinə istinadən xəbər verir ki, Çin siyasətçisi Bo Silai rüşvət aldığına görə ömürlük həbs cəzasına məhkum olunub.

Əvvəllər məşhur olan lakin indi bədnam siyasətçi adı qazanan keçmiş partiya katibi Bo Silai vəzifədən sui-istifadə etmə və 26 milyon yuan (4 milyon dollardan çox) məbləğində rüşvət aldığına görə məhkum edildi.

Hələ bir il əvvəl 64 yaşlı Bo Silainin tezliklə MK Siyasi bürosunun daimi üzvü olacağı haqda bütün əsasları var idi. Çində yalnız yeddi nəfərdən ibarət olan bu büro siyasi elitanı təşkil edir.
Təyinat üzrə qərar 2012-ci ilin noyabrında keçirilmiş Çin Kommunist Partiyasının XVIII qurultayında verilməliydi. Lakin qurultaya bir neçə ay qalmış qalmaqal baş verir. İlk öncə Bo Silainin həyat yoldaşı - Boqu Kailay – Britaniyalı məmur Nil Xeyvudun qətlində günahlandırılır. 2012-ci ilin avqustunda siyasətçinin yoldaşı iki il möhlət verilməklə ölüm cəzasına məhkum edilir. Bir ay keçməmiş siyasətçinin sağ əli sayılan Çunsin şəhərinin mer köməkçisi Van Liszyun 15 il həbs cəzasına məkum olunur.

Hazırda isə ölkədə korrupsiya və rəsmilərin israfçılığına qarşı kampaniya gedir. Mərkəzi Komitənin Baş katibi Si Szinpin tabeçiliyində olan məmurlardan iş stilin dəyişməyi və xalq kütləsi ilə yaxın olmasını tələb edir. Ötən ilin payızından etibarən bir çox korrupsiya halları aşkar edilib. Məhkəmənin qərarları arasında ölüm hökmü verilənlər də var.


Teqlər:





Xəbər lenti