Müxalifətçilərin mənzillərində axtarış aparıldı

Müxalifətçilərin mənzillərində axtarış aparıldı
  26 Sentyabr 2013    Oxunub:1071
Almaniyanın aparıcı informasiya resurslarından biri http://de.indymedia.org bildirir ki, Almaniyanın Qrayfsvald və Rostok şəhərlərində Solçular partiyasının müxalifətçi aktivistlərinin mənzillərində kütləvi axtarış aparılıb.
Axtarışa iyun ayında Rostov şəhərində Blockupy hərəkatının nümayişi səbəb olub. Almaniyanın Solçular partiyası və Blockupy hərəkatının birgə press-relizində Rostok Dövlət Cinayət Təhlükəsizlik İdarəsinin qanunsuz hərəkətləri haqqında hesabat verilib. Sənəddə vurğulanır ki, axtarış vaxtı hər bir insan yanında vəkilin olması hüququna malikdir. Bundan başqa, polisin əlində axtarış üçün orderi olmayıb. Bəzi evlər sahibləri olmadan axtarılıb. Axtarış nəticəsində müxalifətçilərdən biri şəxsiyyətin müəyyənləşdirilməsi üçün polis bölməsinə gətirilib. Əvvəlcə onu həbslə, sonra imtina etdiyi təqdirdə cəzalandırmaqla hədələyiblər. Ən təəccüblüsü odur ki, polis gənci əməkdaşlıq etmək üçün ələ almağa cəhd edib, lakin o imtina edib. Polisin hərəkətləri qalmaqal doğurub, çünki ədalətli və hüquqi prosedur prinsipləri çeynənib. Polislər axtarış etdikləri evlərdən CD, kompüter və geyim müsadirə ediblər. Onlar yeddi nöqtədə axtarış keçiriblər. Həmin evlərin çoxu Rostokda yerləşir. Aksiya son on il ərzində solçulara qarşı yönəlmiş axtarışların ən böyük dalğası hesab olunur.

Blockupy qrupunun 943 tutulmuş nümayişçisinə qarşı cinayət işi açılıb. Nümayiş amansız şəkildə planlaşdırılmış polis əməliyyatına qarşı təşkil edilmişdi. Mitinqdə 320 nümayişçi zorakılığın qurbanı olub. Polislərin hərəkəti siyasətçilər, həmkarlar ittifaqları və hüquq müdafiəçiləri təşkilatları tərəfindən kəskin tənqid olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti