Terroristlərdən Keniyaya yeni təhdid

Terroristlərdən Keniyaya yeni təhdid
  26 Sentyabr 2013    Oxunub:1159
Nayrobidə ticarət mərkəzinin ələ keçirilməsindən və 62-nəfərin ölümü ilə nəticələnən terror aktından 4-gün keçməsinə baxmayaraq Keniya dövlətinə yeni təhdidlər gəlir.
Qonşu Somalidə fəaliyyət göstərən və bir çox Somali torpaqların hələdə əlində saxlayan, Əl-Qaidə terror təşkilatının bir qolu olan əl-Şəbəb qruplaşması Keniya hökümətinin Somalidən ordusun çəkməyincə yeni terror aktları törədəcəyi haqda təhdid etdi.

2006-cı ildə Somalini zəbt edən qruplaşma 2011-ci ilin oktyabrında Keniya ordusunun kömək məqsədi ilə Somaliyə girməsindən sonra əhatəsində olan böyük torpaqlarını itirib. Buna görə də Afrika Birliyinin Somali missiyasında iştrak edən 5-ölkədən (Burundi, Cibuti, Keniya, Seyar-Leon, Cakarta) biri olmasına baxmayaraq əl-Şəbəb əsas düşməni məhz Keniya olaraq görür. Əl-Şəbəb təşkilatının mətbuat katibi əl-Cəzirəyə müsahibəsində belə deyir: “Keniya bizim tarixi düşmənimizdir, Keniya Somali və somalilərin düşmənidir”. Mətbuat katibinin somalilərin adından danışmasına baxmayaraq, bu `təsirli` sözlər Keniya ordusunun Somaliyə müdaxiləsindən sonra qruplaşmanın sərhəd boyu böyük şəhərləri itirməsi nəticəsində ciddi maliyyə itkisinədə səbəb olması ilə də izah edilə bilər.


Teqlər:  





Xəbər lenti