Braziliyada silah qadağan olundu

Braziliyada silah qadağan olundu
  25 Sentyabr 2013    Oxunub:1216
Braziliyada oyuncaq silahın satışına qadağa qoyulub.
AzVision.az xəbər verir ki, paytaxt Braziliyada oyuncaq tapança və tüfənglərin satışı qadağan olunub. Hakimiyyət ümid edir ki, bu üsulla odlu silahla törədilən cinayətlərin sayı azalacaq.

“Zorakılıq mədəniyyətini dəyişmək üçün biz uşaqlıqdan başlamalıyıq” – federal dairənin ədliyyə və insan hüquqları departamentinin rəhbəri bildirib.

Dükanlardan dörd ay ərzində oyuncaq silah və onun ehtiyatları yığışdırılacaq. Hökumət bu addımı iqtisadi tərəfdən də sərfəli hesab edir. Oyuncaq silahına qarşı kampaniya Seylandiya şəhərində başlanıb. Qeyd edək ki, burada zorakı cinayətlər tez-tez baş verir.

AzVision.az


Teqlər:  





Xəbər lenti