Süd məhsulları anbarında yanğın

Süd məhsulları anbarında yanğın
  23 Dekabr 2017    Oxunub:1798
Abşeron rayonunda süd məhsulları saxlanılan anbarda yanğın olub.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Məmmədli kəndində baş verib.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın saat 17:05-də məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   Abşeron   Yanğın  





Xəbər lenti