Xətaidə yanğın, bir nəfər zəhərlənib

Xətaidə yanğın, bir nəfər zəhərlənib
  23 Dekabr 2017    Oxunub:1264
Bakının Xətai rayonunda ümumi sahəsi 61 m2 olan 3 otaqlı mənzilin mətbəxində 2 m2 sahədə mətbəx mebeli, 3 ədəd məişət avadanlığı yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 15 m2 sahədə və dəhlizdə quraşdırılmış 1 ədəd kondisioner əriyib.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənərək yanğınsöndürənlər tərəfindən qonşu mənzildən çıxarılıb, aidiyyəti üzrə təhvil verilib, 6 nəfər bina sakini isə təxliyə olunub.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti