Keçmiş məhkumdan 9 kq marixuana götürülüb

Keçmiş məhkumdan 9 kq marixuana götürülüb
  22 Dekabr 2017    Oxunub:1760
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Habil Nağıyevin yaşadığı evə baxış keçirilib.
AzVision.az-ın DİN-in saytına istinadən verdiyi xəbərə görə, evdə və həyətdə ayrı-ayrı yerlərdə sellofan paketlərdə, kisədə və çantada gizlədilmiş narkotik vasitələr aşkarlanaraq götürülüb.

Ekspertizaya təqdim olunan həmin narkotik vasitələrin ümumi çəkisi 8 kiloqram 884 qram marixuana olması barədə rəy verilib.
H. Nağıyev götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: nrkotik  





Xəbər lenti