Bomba xəbəri yalan çıxdı - Vağzalda iş bərpa edildi

Bomba xəbəri yalan çıxdı - Vağzalda iş bərpa edildi
  21 Dekabr 2017    Oxunub:2939
"Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması xəbəri yalan çıxdı"
Bu barədə AzVision.az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova məlumat verib.

Qurum rəsmisi bildirib ki, binada aparılan axtarış-yoxlama tədbirləri nəticəsində hər hansı partlayıcı maddə aşkarlanmayıb.

“Binaya bomba qoyulması ilə bağlı xəbər təsdiqini tapmadı. Artıq bütün işlər yekunlaşıb və Dəmir Yolu Vağzalının işi bərpa olunub” .

Aytən Zəhra
AzVision.az


Teqlər: Vağzal   Bomba  





Xəbər lenti