Abdulla Gül BMT-ni sərt tənqid etdi

Abdulla Gül BMT-ni sərt tənqid etdi
  25 Sentyabr 2013    Oxunub:1173
`Dünyanın yeni şərtləri demokratik və ədaləti təmsil edən Təhlükəsizlik Şurasının formalaşdırılmasını tələb edir`
Türkiyə prezidenti Abdulla Gül BMT-ni sərt tənqid edib. Azvision.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Abdulla Gül BMT Baş Assambleyasının 68-ci sessiyasında etdiyi çıxışda Keniya, İraq və Pakistanda baş verən terror aktlarından kədərləndiyini bildirməklə yanaşı, dünyada sülh və təhlükəsizliyi təmin etmək üçün daha aktiv bir quruma ehtiyac olduğunu söyləyib.

Türkiyə prezidenti BMT-nin öz vəzifələrini yerinə yetirə bilmədiyini deyib: "Güclü, səmərəli və etibarlı BMT-yə hamımızın ehtiyacı var. Günümüzün qlobal gerçəkliyində hazırlıqll bir quruma ehtiyyac hiss olunur.

Belə bir BMT beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması üçün aktiv hərəkət etmə qabiliyyətinə malik olmalıdır. Təhlükəsizliyi, ədaləti, ninsanların fündamental hüquq və azadlıqları qorumalıdır".


Teqlər:





Xəbər lenti