Uşaqlar məktəbəqədər təhsilə niyə cəlb olunmur? - Səbəblər

Uşaqlar məktəbəqədər təhsilə niyə cəlb olunmur? - Səbəblər
  19 Dekabr 2017    Oxunub:2991
Azərbaycanda 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmamasının əsas səbəbləri uşağın yaşadığı ərazidə məktəbəqədər təhsil müəssisələrinin olmaması və ya az olması, xəstəlik, əlillik, özəl məktəbəqədər təhsil müəssisələrində ödənişin çox olmasıdır.
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Problemləri İnstitutunun “3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması” layihəsi üzrə yekun hesabatda qeyd edilib.

Məlumatda bildirilib ki, Azərbaycanda, xüsusilə Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrində mövcud yerlər azdır: “Hər il yeni özəl bağçaların fəaliyyətə başlamasına baxmayaraq, özəl bağçalarda ödəniş orta gəlirli azərbaycanlı ailə üçün yüksək hesab oluna bilər. Belə ki, özəl bağçalarda aylıq ödəniş orta hesabla 300-400 manat, daha keyfiyyətli özəl bağlarda isə 600-700 manat təşkil edir. Aydındır ki, bir çox ailələrin bunu ödəmək imkanı olmur”.

Hesabatda qeyd edilib ki, 2019-2020-ci dərs ilində ölkə üzrə 147492 uşaq məktəbəhazırlığa cəlb ediləcək: “Bu, bütün məktəbəhazırlıq yaşında olan uşaqların 90 faizini əhatə edəcək. Onların 31253 nəfəri Bakının, 5063 nəfəri Sumqayıtın, 3929 nəfəri Gəncənin, 1496 nəfəri Mingəçevrin, 2401 nəfəri Abşeronun payına düşəcək.

Azərbaycanda 2016-ci ildə məktəbəhazılıq yaşında (5-6 yaş) olan uşaqların yalnız 24 faizi məktəbəqədər təhsilə cəlb olunub. Bu göstərici Bakı və digər şəhərlərə nisbətən rayon və kənd yerlərində aşağı səviyyədə olub”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Məktəb   Şagird  





Xəbər lenti