Yenə qan töküldü

Yenə qan töküldü
  24 Sentyabr 2013    Oxunub:1373
İraqda terror aktları səngimək bilmir.
AzVision.az xəbər verir ki, terrorçular indi də dinc insanların qətli üçün yeni üsula əl atıb. Əvvəllər bazar və meydanlarda insanları hədəf alan terrorçular indi də yas mərasimlərində çirkin əməllərini həyata keçirir. Belə terror aktlarından biri növbəti dəfə paytaxt Bağdadda baş verib. İçi partlayıcı ilə dolu olan avtomobil məsafədən idarə olunan qurğu vasitəsilə havaya uçurulub. Nəticədə dəfn mərasiminə gələn 5 nəfər həlak olub, daha 12 insan isə yaralanıb. Terrorçu daha sonra özünü partladaraq həyatına son qoyub. Qeyd edək ki, son iki ay ölkə tarixində 2008-ci ildən bu yana ən qanlı tarix kimi yaddaşlara həkk olunub. BMT-dən isə bildirilib ki, son 9 ayda 5 min iraqlı terror qurbanı olub. Onlardan 800-ü isə təkcə avqust ayında öldürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti