Yəhudi televiziyası Azərbaycan haqqında – VİDEO

Yəhudi televiziyası Azərbaycan haqqında – VİDEO
  24 Sentyabr 2013    Oxunub:1657
`Müsəlman ölkəsi Azərbaycanda yəhudi cəmiyyəti inkişaf edir`

Jewish News One (JN1) televiziyası Bakı haqqında xəbər hazırlayıb. Bakıda yəhudilərin yaşadığı `Qırmızı qəsəbə` (Krasnaya Sloboda) `Kiçik Yərusəlim` adlandırılıb.

Jewish News One TV beynəlxalq xəbər şəbəkəsidir. Televiziyanın əsas məqsədi İsrail və yəhudi cəmiyyətində baş verən cari hadisələri obyektiv işıqlandırmaqdır. Qeyd edək ki, televiziya müstəqildir və heç bir dövlət, hökumət və ya siyasi partiyaya məxsus deyil. JN1 2011-ci ilin sentyabrın 11-dən fəaliyyətə başlayıb və bəzən `Yəhudi əl-Cəzirəsi` adlandırılır.

Qeyd edək ki, izlənmə reytinqinə görə dünya xəbər kanalları içərisində ilk üçlükdə yer alan Jewish News One (JN1) xəbər kanalı sutkada 24 saat ərzində canlı olaraq dünya xəbərlərini Şimali Amerikaya, Avropaya, Yaxın Şərqə, Rusiyaya və bir çox digər ölkələrə peyk, kabel və internet vasitəsilə canlı yayımlayır. Kanalın yayım dili ingilis, rus, ərəb, fransız, ispan və ukrayncadır.



AzVision.az


Teqlər:  





Xəbər lenti