Alış-veriş mərkəzində terror

Alış-veriş mərkəzində terror
  23 Sentyabr 2013    Oxunub:1336
Kenyanın paytaxtı Nairobidə alış-veriş mərkəzinə edilən hücumda ölənlərin sayı 68-ə çatıb.
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, hadisə nəticəsində 175 nəfər yaralanıb.

Kenya prezidenti Uhurru Kenyatta bildirib ki, hücumun məsuliyyətini “əş-Şəbab” təşkilatı öz üzərinə götürüb.

O qeyd edib ki, alış-veriş mərkəzindəki insanların bir qismi xilas edilib:

“Hücum edən şəxslərdən təxminən 10-15 nəfərinin hələ də binanın içərisindədir. Mütəxəssislər hadisə yerindədir, ona görə də terrorçuları zərərsizləşdirmək şansımız çoxdur”.

Binada girov kimi saxlanılan və terrorçuların əlindən qaça bilən vətəndaşların sayı barədə isə dəqiq məlumat yoxdur. Bina və onun ətrafında təhlükəsizlik tədbirləri görülsə də hələ də oradan silah səsləri eşidildiyi deyilir.

“Əş-Şəbab” təşkialtının bu terror aktını Kenyanın Somalidəki hərbi əməliyyatlarına cavab olaraq törətdiyi iddia edilir.

Qeyd edək ki, 2011-ci ildən başlayaraq Somalidə 4 inə yaxın kenya əsgəri vuruşur.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti