Rusiyanın Suriyadakı səfirliyinə hücum olub

Rusiyanın Suriyadakı səfirliyinə hücum olub
  22 Sentyabr 2013    Oxunub:1145
Bu gün səhər saatlarında təsadüfən atılan minaatan mərmisi Rusiyanın Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin ərazisinə düşərək partlayıb.
“RİA Novosti” xəbər verir ki, mərminin partlaması nəticəsində səfirliyin iki əməkdaşı yüngül yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib. Məlumata görə, səfirlik indi adi rejimdə işini davam etdirir. Şahidlərin bildirdiyinə görə, partlayış nəticəsində ərazidə dərin çala yaranıb.

Rusiyanın Dəməşqdəki səfirliyi olayla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, səfirlik şəhərin mərkəzində yerləşdiyi üçün mütəmadi olaraq davamlı atəşə və raket zərbələrinə məruz qalır.


Teqlər:





Xəbər lenti