`Rusiyanın himni rok stilində yazılmalıdır`

`Rusiyanın himni rok stilində yazılmalıdır`
  21 Sentyabr 2013    Oxunub:2421
Rusiyanın dövlət himninin rok və pop janrlarında yeni versiyalarının yazılması təklif edilib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Oleq Qazmanov Rusiya himninin müxtəlif musiqi stillərində yeni versiyalarını yazmağı təklif edib.

“Himn ölkəyə vacibdir. Cəmiyyətimiz bölündüyü üçün himnin müxtəlif - rok, pop və şanson versiyaları olmalıdır. Müxtəlif musiqi janrlarının ifaçıları isə onu səsləndirməlidir” - Qazmanov bildirib.

Rusiya himninin yeni versiyasının yazılışında Oleq Qazmanov, Valeriya, Alsu, Stas Mixaylov və başqa məşhur ifaçılar iştirak edəcəklər. Himnin iki - klassik və “daha müasir” versiyasının yazılacağı bildirilib. Yazılışa sentyabrın 23-də “Mosfilm”də başlanacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti