Bəşər Əsəddən gözlənilməz qərar

Bəşər Əsəddən gözlənilməz qərar
  20 Sentyabr 2013    Oxunub:1390
Prezidentin köməkçisi Qədri Cəmil İngiltərənin nüfuzlu “Guardian” qəzetinə açıqlamasında Əsəd rejiminin atəşkəs istədiyini açıqlayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cəmil hər iki tərəfin də bu müharibədə qalib gələcək qədər güclü olmadığını və ölkə iqtisadiyyatının bu qarşıdurmalardan mənfi mənada təsirləndiyini deyib.

“Nə silahlı müxalifət, nə də rejim biri-birini məğlub edəcək gücə malik deyil. Buna görə də Suriya hökuməti Cenevrədəki növbəti görüşdə xaricdən müdaxiləyə son verilməsini, atəşkəsi və Suriya xalqının heç bir müdaxilə olmadan demokratik yollarla inkişafına təkan verəcək əmin-amanlığın yaradılmasını təklif edəcəyik”.

Silahlı müxalifət tərəfindən də qəbul ediləcəyi halda təklif olunan atəşkəs rejiminin “beynəlxalq nəzarət altında” aparıla biləcəyini deyən Qədri Cəmil, nəzarətçilərin dost və ya tərəfsiz ölkələrdən gələn BMT sülhməramlıları olacağını deyib.

Cəmil həmçinin Suriyada iki ildir davam edən böhranın ölkə iqtisadiyyatına təxminən 100 milyard dollar ziyan vurduğunu da deyib.



Teqlər:





Xəbər lenti