Müsəlman gözəli 2013 - FOTOLAR, VİDEO

Müsəlman gözəli 2013 - FOTOLAR, VİDEO
  19 Sentyabr 2013    Oxunub:2273
İndoneziyada ilk dəfə keçirilən Müsəlman Dünyası Gözəllik Yarışmasında Nigeriyadan olan Obabiyi Aişa Ajibola qalib gəlib.
Altı ölkədən 18 gözəlin qatıldığı yarışmada İndoneziya və Malaziyalı iştirakçılarla finala qalan 20 yaşlı tələbə Aişa, adı açıqlanarkən göz yaşlarına boğulub və ona uzadılan “Qurani Kərim”i öpüb.

Mükafat olaraq 2 min 200 dollar və Həcc səyahəti qazanan Aişa “Allah şahiddir ki, qalib gələcəyimi heç düşünmürdüm. Qələbəmi nigeriyalı qadınlara ithaf edirəm” deyib.

İndoneziyada 2011-ci ildən bəri keçirilən “Müsəlman Gözəli” yarışmasında iştirakçı xanımların yalnız üzlərini və əllərini aça biləcəkləri geyimlər geyinə bilir, iştirakçılara İslam, moda və təhsillə bağlı suallar verilir.

Bu ilki yarışmaya İndoneziya ilə yanaşı Malaziya, Bruney Sultanlığı, İran və Banqladeşdən olan gözəllər də qatılıb.

Gələn il gözəllik yarışması Bruneydə keçiriləcək.



AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti