Bu şəxsi tanıyırsınızsa, polisə məlumat verin! - FOTO

Bu şəxsi tanıyırsınızsa, polisə məlumat verin! - FOTO
  11 Oktyabr 2017    Oxunub:2071
Bu il sentyabrın 23-də Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi 144 ünvanının qarşısında 50-60 yaşlarında naməlum kişi 3 saylı Sabunçu xəstəxanasına aparılıb və orada həmin şəxs ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, həmin şəxsin əlamətləri belədir - boyu 175 santimetr, gözünün rəngi açıq palıdı. Naməlum şəxs tapılan zaman əynində tünd göy rəngli cins şalvar və qara rəngli 3 düyməli uzunqol köynək olub.

Şəkildə gördüyünüz kişini tanıyanlardan DİN-in “102 Zəng Mərkəzi”nə, həmçinin Xətai Rayon Polis İdarəsinə (012) 422-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti