Türkiyədə prokuror iş otağında güllələnib

Türkiyədə prokuror iş otağında güllələnib
  11 Oktyabr 2017    Oxunub:1990
Türkiyənin Antalya vilayətində prokuror iş otağında güllələnib.
Türkiyə KİV-lərinin məluatına görə, hadisə Korkuteli rayonunda qeydə alınıb. Prokuror Qədir Küçükönər silahlı hücuma məruz qalıb. Prokurora iş otağında atəş açılıb.

Hadisə nəticəsində Küçükönər ağır vəziyyətdə helikopterlə xəstəxanaya yerləşdirilib. İnsidentin kim tərəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər: Türkiyə   Prokuror  





Xəbər lenti