Qardaşının tüfəngi ilə arvadını güllələdi

Qardaşının tüfəngi ilə arvadını güllələdi
  10 Oktyabr 2017    Oxunub:2025
Oktyabrın 9-da Yasamal rayonu ərazisində yaşayan Həbib Kərimov evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşlə arvadı Səbinəyə qarın nahiyəsindən xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, S.Kərimova xəstəxanaya aparılarkən yolda ölüb.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Kərimov tutulub, hadisə yerindən qardaşına məxsus “Churchill” markalı ov tüfəngi götürülüb. Faktla əlaqədar cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: DİN   qətl  





Xəbər lenti