Prezidentin parlamentə göndərdiyi qanun layihəsi müzakirəyə çıxarılır - (VİDEO)

Prezidentin parlamentə göndərdiyi qanun layihəsi müzakirəyə çıxarılır - (VİDEO)
  28 Sentyabr 2017    Oxunub:6918
Milli Məclisdə Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı dəyirmi masa keçiriləcək.
AzVision.az-ın məlumatına görə, tədbir Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən təşkil ediləcək. Tədbirdə millət vəkilləri, QHT təmsilçiləri və bır sıra dövlət rəsmiləri iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalanıb.

Həmin Sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində həyata keçiriləcək hüquqi islahatların yeni mərhələsinin başlanğıcını qoyub.

Təkliflər hərtərəfli təhlil edilib, qabaqcıl beynəlxalq praktika və qanunvericiliyin təcrübədə tətbiqi nəzərə alınmaqla Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən qanun layihəsi hazırlanıb. Həmin qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə göndərilib.



Anar Kəlbiyev
AzVision.az



Teqlər: Cinayət-Məcəlləsi  





Xəbər lenti