Tillersonla Lavrov arasında telefon danışığı olub

Tillersonla Lavrov arasında telefon danışığı olub
  04 Avqust 2017    Oxunub:1014
Rusiyanın xarici işlər naziri (XİN) rəhbəri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, dövlət rəsmiləri iki ölkə arasındakı münasibətlərə dair son vəziyyəti müzakirə ediblər.

“Tərəflər 6-8 avqust tarixlərində Manilada keçiriləcək ASEAN-ın təhlükəsizlik üzrə forumu çərçivəsində baş tutacaq görüş zamanı Rusiya-ABŞ münasibətlərinin nizamlanması üzrə qarşılıqlı fəaliyyətin perspektivlərinin və ikitərəfli əlaqələrin hazırkı vəziyyətinin hərtərəfli müzakirə edilməsinə dair razılığa gəliblər”, - deyə məlumatda bildirilib.

AzVision.az


Teqlər: ABŞ   Rusiya   Tillerson   Lavrov  





Xəbər lenti