Sarkisyan hökumətindən Avropa Məhkəməsinə şikayət edildi

Sarkisyan hökumətindən Avropa Məhkəməsinə şikayət edildi
  04 Avqust 2017    Oxunub:1292
İrəvanın Sari Tağ məhəlləsində baş verən etirazlarda iştirak etdiyinə görə tutulan Qaqik Mikayelyan və Hovannes Qazaryan Ermənistan hökumətindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinə şikayət edib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, şikayətləri siyasi məhbusların vəkili, Helsinki Vətəndaş Assambleyası (HVA) Vanadzor ofisinin hüquqşunası Ani Çadinyan təqdim edib.

Qeyd edək ki, Ermənistanda hakimiyyət əleyhinə keçirilən etirazlara Q. Mikayelyan və H. Qazaryan 2016-cı il iyul ayında polisə daşatma ittihamı ilə həbs edilib. Onların hüquqlarının müdafiəsini Helsinki Vətəndaş Asambleyası Vanadzor ofisi aparıb.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   Avropa-Məhkəməsi  





Xəbər lenti