Yaponiya hökuməti istefaya göndərilib

Yaponiya hökuməti istefaya göndərilib
  03 Avqust 2017    Oxunub:1037
Yaponiya hökuməti baş nazir Şinzo Abenin Nazirlər Kabinetinin tərkibində aparacağı dəyişikliklərlə əlaqədar tam tərkibdə istefa verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumətin fövqəladə iclasında bütün üzvlər müvafiq ərizə ilə çıxış ediblər və bu ərizələr baş nazir tərəfindən qəbul edilib.

Yaxın saatlarda hökumətin yeni tərkibinin elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, Yaponiyada hökumətin tam tərkibdə istefaya getməsi Nazirlər Kabinetinin tərkibində yerdəyişmələrin həyata keçirilməsi üçün nəzərdə tutulan zəruri prosedurdur.

AzVision.az


Teqlər: Yaponiya   Hökumət   İstefa  





Xəbər lenti