Türkiyədə quru, dəniz və hava qüvvələrinin komandanları dəyişib

Türkiyədə quru, dəniz və hava qüvvələrinin komandanları dəyişib
  02 Avqust 2017    Oxunub:1219
Türkiyə Yüksək Hərbi Şurasının toplantısı keçirilib.
AzVision.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, baş nazir Binəli Yıldırımın sədrlik etdiyi toplantı 4 saat davam edib.
Toplantıda qoşun növlərinin komandalarının dəyişdirilməsi məsələsi nəzərdən keçirilib. Generallar - Yaşar Gülər Quru Qüvvələri komandanı, Hasan Küçükyıldız Hava Qüvvələri komandanı, admiral Adnan Özbal isə Dəniz Qüvvələri komandanı təyin olunub.

Qeyd edək ki, toplantıda qəbul edilən qərarlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti