Moskvada ermənilər və özbəklər arasında kütləvi dava

Moskvada ermənilər və özbəklər arasında kütləvi dava
  02 Avqust 2017    Oxunub:3180
Moskvada tikinti sahələrinin birində miqrant işçilər arasında kütləvi dava baş verib. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, davada 40-a yaxın adam iştirak edib.
Moskva polisinin məlumatına görə, dava iki tikinti briqadası arasında baş verib. Dava iştirakçıları Özbəkistandan və Ermənistandan gələn miqrantlar olub.

Hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.

Qarşıdurmanın damdan atılan zibil üstündə baş verdiyi bildirilib. Hazırda insidentlə bağlı araşdırma başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Moskva   Rusiya  





Xəbər lenti