“WikiLeaks” Makronun ermənilərlə bağlı sirrini açdı

“WikiLeaks” Makronun ermənilərlə bağlı sirrini açdı
  02 Avqust 2017    Oxunub:9812
“WikiLeaks” saytı Fransa prezidenti Emmanuel Makronun seçki öncəsi qərargahına məxsus 21 mindən çox e-maili yayımlayıb. AzVision.az xəbər verir ki, məktublarda Ermənistan haqqında da məlumat yer alıb.
Yayılan e-mailldərdə Makron üçün xüsusi olaraq hazırlanan və “Le Mond” nəşrinin ünvanından göndərilən daycestlər də var.

Makronun seçki qərargahının əməkdaşı Anna Kristinə göndərilən daycestlərdə Roma Papasının 2016-cı ilin iyununda Ermənistana səfərinin nəticələri, həmçinin önəmli bəyanatları yer alıb. Daycestdə xüsusilə vurğulanır ki, Roma Papası 1915-ci ildə baş verənləri “soyqırım” adlandırıb ki, bu da Türkiyənin hiddətinə səbəb olub.

Digər bir e-maildə isə Makrona Ermənistan iqtisadiyyatı ilə bağlı məlumatlar təqdim olunur. Burada qeyd olunur ki, bu ölkənin iqtisadiyyatı əsasən kənd təsərrüfatı və İT texnologiyalarının inkişafından asılıdır.

“Ermənistan yüksək səviyyədə olan işsizlikdən əziyyət çəkir. Ölkə əhalisinin demək olar ki, üçdə biri yoxsulluq səviyyəsindən aşağı həddə yaşayır. Lakin kompüter sənayesində inkişaf iqtisadi planda dəyişikliklərə səbəb ola bilər”, - deyə Emmanuel Makrona göndərilən daycestdə bildirilir.

Qeyd edək ki, Emmanuel Makron 2017-ci ilin mayında Fransa prezidenti seçilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Makron   Emmanuel   Fransa.  





Xəbər lenti