Turistlər 6 ayda Azərbaycanda 507 milyon xərcləyib

Turistlər 6 ayda Azərbaycanda 507 milyon xərcləyib
  01 Avqust 2017    Oxunub:3013
Son dövrlər qeyr-neft sektorunun inkişafı çərçivəsində turizmə yönəlmiş məqsədyönlü tədbirlər nəticəsində bu sahənin intensiv inkişafı üçün geniş imkanlar yaranıb. Təsadüfi deyil ki, Azərbaycana gələn əcnəbilərin sayında və uyğun olaraq onların nağdsız ödənişlərinin həcmində artım müşahidə olunur.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a bildirilib ki, 2017-ci ilin birinci yarısında Azərbaycana gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 93 faiz artaraq 507 milyon 450 min 635 manat təşkil edib. Bu göstərici 2016-cı ilin birinci yarısında 263 milyon 427 min 544 manat, il ərzində isə 602 milyon 288 min 119 manat olub.

Məlumat üçün bildirək ki, qeyd olunan vəsaiti ölkəmizə gələn əcnəbilərin Azərbaycanda bank kartları vasitəsilə həyata keçirdiyi ödənişlər təşkil edir, onların səfərdən qabaq və ölkə daxilində nağd ödənişləri bu məbləğə daxil deyil.

Qeyd edək ki, Dünya Səyahət və Turizm Şurasının məlumatına əsasən, Azərbaycan üzrə 2016-cı ildə turizm xidmətlərinin ixracının ümumi dövriyyəsi 2,8 milyard ABŞ dolları olub.

AzVision.az


Teqlər: Turist   Azərbaycan  





Xəbər lenti