Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təklif edir

Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təklif edir
  13 İyul 2017    Oxunub:1847
"Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mütəmadi danışıqların aparılmasının tərəfdarıdır"
AzVision.az-ın məlumatına görə, bu barədə Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye deyib.

“Biz dövlət başçıları arasında birbaşa və mütəmadi dialoqun aparılmasının tərəfdarıyıq. Bu nöqteyi-nəzərdən xarici işlər nazirlərinin bu yaxınlarda baş tutan görüşünü alqışlayırıq. Mən dəfələrlə münaqişənin hərbi yolla həllinin olmadığını demişəm. Münaqişə ancaq danışıqlar yolu ilə, mütəmadi dialoq vasitəsi ilə nizamlana bilər”, - Şarpantye bəyan edib.

Səfir qeyd edib ki, yalnız xarici işlər nazirləri arasında görüşlərlə kifayətlənmək lazım deyil, dövlət başçıların görüşünün təşkil edilməsi olduqca əhəmiyyətlidir: "Sonuncu görüş buna kömək edə bilər və növbəti görüşlərin baş tutması üçün fəal işləmək lazımdır".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Fransa   Qarabağ  





Xəbər lenti