Litvanın ermənipərəstliyinin səbəbi – EKSPERT

Litvanın ermənipərəstliyinin səbəbi – EKSPERT
  28 Fevral 2013    Oxunub:2179
“Baltikyanı dövlətlər əla bilirlər ki, Rusiya Azərbaycanı əzib, əzir və imkan olarsa, bundan sonra da əzəcək. Bu gün Baltikyanı dövlətlərin əsas məqsədi keçmiş Sosialist Respublikalarını düz yola gətirmək, yəni ki, xriastianlaşdırmaqdır. Latviya, Litva, Estoniya, o cümlədən, Polşa bilə-bilə ki, Ermənistan Rusiyanın casusudur, yenə də Ermənistana üstünlük verir. Baltikyanı dövlətlər, Polşa, Ukraynanın müəyyən bir qismi kifayət qədər xristianlıq ideyaları ilə məşğul olan cəmiyyətlərdir”.
Bu sözləri Azvision.az- a açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu Litva ilə Ermənistanın son günlərdəki dostluq əlaqələrinin genişlənməsinə münasibət bildirərkən deyib.

“Ermənistan Rusiyanın əlində Azərbaycana qarşı bir alətdir”,- deyən politoloqun sözlərinə görə, onlar həmişə Ermənistana üstünlük veriblər. Sadəcə son vaxtlar Azərbaycanın nefti, kommunikasiya imkanları yarandığına görə ölkəmizə münasibət cüzi şəkildə dəyişib: “Xüsusilə Baltikyanı dövlətlər Avropa İttifaqına üzv olandan sonra, onlarda sosial-iqtisadi problemlər ortaya çıxmağa başlayıb və Azərbaycana yaxınlaşıblar. Həmin ölkələrin Azərbaycana qarşı fundamental münasibətləri hələ də dəyişməyib. Ona görə də, onlar bu gün Ermənistanı müdafiə edirlər”.

M. Əhmədoğlunun sözlərinə görə, bu gün Litva etiraf edir ki, Ermənistan Litvanın aviasiyasını təmin edəcək: “Litva müdafiə naziri ilə Ermənistan müdafiə naziri arasında müqavilə var və bu müqaviləni hərbiçilər hazırlayıb. Litva 30-40 minlik Ermənistan proyektini Azərbaycan proyektlərindən üstün tutur. Bunların mentaliteti belədir”.

Qeyd edək ki, bu gün Litvadakı erməni icması Sumqayıt hadisələrinin 25-ci ildönümü ilə bağlı Azərbaycanın Vilnüsdakı səfirliyi qarşısında piket keçirib. Erməni mətbuatının verdiyi məlumata görə, piketdə əllərində “Biz heç vaxt Sumqayıt hadisəsini unutmarıq”, “Azərbaycanlılara ar olsun”, “Litvalıları neft və kürü ilə satın almaq olmaz” şüarları ilə 100-ə qədər nümayişçi qatılıb.
Xatırladaq ki, fevralın 26-da Litva Seymində Litva ilə Qondarma Dağlıq Qarabağ respublikası nümayəndələrindən ibarət dostluq qrupu yaradılıb.
Etiraz aksiyaları Hollandiyadakı diplomatik korpusumuz qarşısında da baş tutub. “Ay Dat” erməni təşkilatının təşəbbüsü ilə baş tutan etiraz nümayişində “Sumqayıt, Bakı, Marağa, Kirovabad - Azərbaycan təcavüzünü son”, “Dağlıq Qarabağa öz müqəddəratını həll etmək imkanı verin”, “Biz Sumqayıt qırğınlarını unutmayacağıq” şüarları səsləndirilib.


Teqlər:  





Xəbər lenti