DİQQƏTLİ OLUN! - Ermənilər Azərbaycan dilində təxribat xəbərləri yayır - (VİDEO)
İnformasiya siyasətinin tərkib hissəsi olaraq yaradılan bu səhifə Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmağa hesablanıb. Onlar təxribat xarakterli məlumatlar yaymaqla ordumuza olan inamı azaltmağa çalışırlar.
Məlumat üçün bildirək ki, “HƏRBİ MEDİA” səhifəsi Ermənistanda fəaliyyət göstərən “razm.info” hərbi saytını idarə edən şəxslər tərəfindən yaradılıb.
“Razm.info”nun “Facebook” səhifəsi azərbaycanlı istifadəçilər tərəfindən kütləvi şəkildə şikayət edildiyindən bloklanıb. Bundan sonra həmin saytın əməkdaşları çirkin niyyətlərini həyata keçirmək üçün “HƏRBİ MEDİA” səhifəsini yaradıblar.
Vəziyyətin həssaslığını nəzərə alaraq oxuculara və sosial şəbəkə istifadəçilərinə düşmən təxribatına uymamağı, ermənilərin yaydığı foto və videogörüntüləri paylaşmamağı tövsiyə edirik.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Facebook Təxribat Xəbər