Avropa Ukrayna ilə viza rejimini ləğv etdi

Avropa Ukrayna ilə viza rejimini ləğv etdi
  11 May 2017    Oxunub:4155
Avropa Şurası Ukrayna vətəndaşlarına vizasız rejimin tətbiq olunması barədə qərar qəbul edib. AzVision.az”RİA Novosti”yə istinadən xəbər verir ki, Avropa Parlamentinin və Şurasının qanunvericilik aktı müzakirələrsiz iclasın gündəliyinə uyğun olaraq qəbul olunub.
Qanun layihəsində vurğulanır ki, Avropa İttifaqı (Aİ) vətəndaşlarının Ukraynaya və biometrik pasportlara malik Ukrayna vətəndaşlarının Aİ-yə daxil olması üçün viza tələb olunmayacaq.

Bundan sonra Ukrayna vətəndaşları 90 gün ərzində Avropa ittifaqı ölkələrində vizasız qala biləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ukrayna     Avropa  





Xəbər lenti